İDMAN


Çelsi” klubunda ilin ən yaxşı futbolçusu müəyyənləşib

Bakı, 11 may, AZƏRTAC

Eden Hazard İngiltərənin “Çelsi” klubunda ilin ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 28 yaşlı belçikalı yarımmüdafiəçi cari mövsümdə “Çelsi”nin heyətində keçirdiyi 50 oyunda 19 qol vurub və 16 məhsuldar ötürmə edib.

London klubunda mövsümün ən yaxşı gənc futbolçusu isə Kallum Hadson-Odoi seçilib. Hücumçu “Çelsi”nin heyətində bu mövsüm 29 qarşılaşmada iştirak edərək 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.