İDMAN


“Çelsi” klubunun rəhbərliyi Eden Hazard ilə müqavilənin müddətini uzatmağa çalışır

Bakı, 3 noyabr, AZƏRTAC

Londonun “Çelsi” futbol klubu hücumçu Eden Hazard ilə müqavilənin müddətini uzatmaq istəyir.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, “Real Madrid”in baş məşqçisinin istefasından sonra klubda yaranan qeyri-müəyyənliklə əlaqədar “Çelsi” rəhbərliyi Hazardın komandada qalmasına nail olacağına ümid bəsləyir. Futbolçu uşaqlıqdan “Real Madrid”in pərəstişkarı olduğunu və onun heyətində oynamaq arzusunu gizlətmir. O “Real”dan konkret təklif gözləsə də, baş məşqçi Xulen Lopeteqinin istefaya göndərilməsi və bu vəzifəyə yeni təyinatın olmaması ilə əlaqədar Madrid təmsilçisi ilə futbolçu arasında hər hansı dialoq olmayıb.

Futbolçu cari mövsüm “Çelsi”nin heyətində 11 matçda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.