“Çelsi” ötən il transferlərə ən çox pul xərcləyən klub olub
AzerTAg.az
19.01.2021 [13:46]
Bakı, 19 yanvar, AZƏRTAC
FIFA 2020-ci ildə futbol klublarının transfer fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
AZƏRTAC qurumun saytına istinadla xəbər verir ki, ötən il Avropada transferlərə ən çox pul xərcləyən klub “Çelsi” olub. Bu göstəricidə ikinci “Mançester Yunayted”dir. İlk üçlüyü “Mançester Siti” qapayır. Dördüncü və beşinci pillələrdə müvafiq olaraq “Barselona” və “Yuventus” klubları qərarlaşıblar.
Qeyd edək ki, “Çelsi” klubu ötən ildə “Bayer Leverkuzen”dən Kay Havertzi (80 milyon), “Leyptsiq”dən Timo Verneri (53 milyon), “Lester Siti”dən Ben Çilueli (50 milyon), “Ayaks”dan Hakim Ziyeçi (40 milyon) və “Renn”dən Eduard Mendini (24 milyon) transfer edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
25.02.2021 [23:51]
25.02.2021 [20:54]
25.02.2021 [19:02]
25.02.2021 [18:55]

MULTİMEDİA
26.02.2021 [10:04]
23.02.2021
22.02.2021
18.02.2021
26.02.2021 [10:55]
26.02.2021 [10:44]
26.02.2021 [10:34]
26.02.2021 [08:36]
26.02.2021 [10:50]
26.02.2021 [10:45]
25.02.2021 [20:43]
26.02.2021 [10:59]
26.02.2021 [10:48]
25.02.2021 [23:12]
26.02.2021 [06:42]
26.02.2021 [02:47]
26.02.2021 [00:23]
11.02.2021 [15:26]
11.02.2021 [10:44]
25.02.2021 [17:29]
25.02.2021 [17:14]
25.02.2021 [17:18]
25.02.2021 [16:54]
25.02.2021 [19:53]
25.02.2021 [18:56]
25.02.2021 [18:34]
Xəbərin mətnində orfoqrafik səhv var