İDMAN


“Çelsi” səfərdə “Dinamo Kiyev”i böyük hesabla məğlub edib

Bakı, 15 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 14-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin favoritlərindən sayılan İngiltərənin “Çelsi” klubu səfərdə Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşıb.

Komandalar arasında ilk oyunda ingilislər üstün olub - (3:0).

Səfərdə oynamalarına baxmayaraq, “Çelsi” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Matçın 5-ci və 33-cü dəqiqələrində Olivye Giru komandasını irəli çıxardıb - 0:2. Birinci hissənin sonuncu dəqiqəsində Markos Alonso adını tabloya yazdıraraq hesab arasındaki fərqi üç topa çatdırıb - 0:3.

Fasilədən sonra qonaqlar yenidən fərqlənməyə nail olub. Olivye Giru komandasının dördüncü özünün isə üçüncü qolunu vurub - 0:4.

Matçın 78-ci dəqiqəsində "Çelsi"nin futbolçusu Hudson-Odoi oyunda son nöqtəni qoyub. Qarşılaşmanın qalan dəqiqələrində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Beləliklə, “Çelsi” iki oyunun nəticəsinə əsasən, UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Mərhələnin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) - 3:1 - (ilk oyun 0:3)

“Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya) - 1:1 (ilk oyun - 1:2)

Mərhələnin digər beş oyunu 00:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.