İDMAN


“Çelsi”nin futbolçusu Çempionlar Liqasında tarix yazıb

Bakı, 28 aprel, AZƏRTAC

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində təşkil olunan “Real”-“Çelsi” matçında (1:1) qol vuran Kristian Pulişiç adını turnirin tarixinə yazdırıb.

AZƏRTAC xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi turnirinin yarımfinalında qol vurmağı bacaran ilk ABŞ futbolçusu olub. Bundan əlavə, Pulişiç bütün turnirlərdə “Real”ın qapısına yol tapan ilk ABŞ futbolçusu adına da yiyələnib.

Qeyd edək ki, “Çelsi” və “Real” komandaları arasında cavab qarşılaşması mayın 5-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.