İDMAN


“Çelsi”nin oyunçusu Loftus-Çik Bakıda Avropa Liqasının finalında oynaya biləcəkmi?

Bakı, 17 may, AZƏRTAC

İngiltərənin “Çelsi”futbol klubunun yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələndiyi üçün, ola bilsin ki, Avropa Liqasının finalında Bakıda Londonun “Arsenal” komandasına qarşı matçda oynamayacaq.

AZƏRTAC xəbər verir ki, Loftus-Çik mayın 14-də Amerikanın “Nyu-İnqlend” klubuna qarşı yoldaşlıq matçında zədələnib. 3:0 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatmış bu oyunda 23 yaşlı Loftus-Çik havadakı top uğrunda mübarizədə tullandıqdan sonra onun ayağı burxulub.

“Çelsi”nin yetirməsi olan bu oyunçu əsas komandanın heyətində 2017-ci ildə İngiltərə çempionu olub. Cari mövsümdə o, bütün turnirlərdə London klubunun heyətində 40 matç keçirib, 10 qol vurub və qol ilə nəticələnmiş 5 ötürmə edib.

Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda “Çelsi” ilə “Arsenal” arasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.