İDMAN


“Çelsi”nin sabiq futbolçusu komandaya qayıdıb

Bakı, 18 oktyabr, AZƏRTAC

İngiltərənin “Çelsi” futbol klubunun sabiq müdafiəçisi Eşli Koul yenidən London təmsilçisinə qayıdıb.

AZƏRTAC xəbər verir ki, ötən il futbolçu karyerasını bitirən E.Koul “Çelsi”nin 15 yaşadək futbolçulardan ibarət komandasını çalışdıracaq.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2006-2014-cü illərdə “Çelsi”də çıxış edib. Müdafiəçi İtaliyanın “Roma”, ABŞ-ın “Los Ancles Qalaksi” və İngiltərənin “Derbi Kountri” klublarında da forma geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.