Çempion tennisçi: Məqsədimə nail oldum, qızıl medalı qazandım
AzerTAg.az
Bakı, 27 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalına qələbəyə inanaraq gəlmişdim. Məqsədimə nail oldum, qızıl medalı qazandım. “EYOF Bakı 2019” mənim üçün unudulmaz olacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə oğlanlar arasında fərdi yarışların ispaniyalı qızıl medalçısı Daniel Merida deyib.
“Final oyunu gözlədiyimdən asan keçdi. Festivalın digər yarışlarında iştirak edən həmyerlilərim tribunadan məni dəstəkləyirdilər. Bu da məni qələbə qazanmağa ruhlandırırdı. Sevinirəm ki, onların da inamını doğrultdum. Hər bir idmançının ən böyük arzusu beynəlxalq arenalarda dövlət himnini səsləndirməkdir. Mən bunu bacardım! Azərbaycana “EYOF Bakı 2019”a yüksək səviyyədə ev sahibliyi etdiyinə və idmançılara hər cür şərait yaratdığına görə təşəkkür edirəm”, - deyə çempion tennisçi vurğulayıb.

Xəbərin mətnində orfoqrafik səhv var