İDMAN
Çempionlar Liqası: Səkkizdəbir finalın ilk matçlarında ən yaxşı qola namizədlər açıqlanıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin oyunlarının ən yaxşı qoluna namizədlər açıqlanıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, mərhələnin ilk oyunlarından sonra ən yaxşı qolun müəllifi üçün namizədlərin sırasında Fransanın “Paris Sen-Jermen” klubunun futbolçusu Kilian Mbappe, Almaniyanın “Borussiya Dortmund” komandasından Mahmud Daud, İngiltərənin “Çelsi” klubundan Olivye Jiru və “Real Madrid”indən Ferlan Mendi yer alıblar.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.