CƏMİYYƏT


Çengiz Babaoğlu: Azərbaycan Prezidentinin Rize-Artvin Hava Limanının açılışında iştirakı bizi qürurlandırdı

Rize, 14 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməklə bütün Türkiyə kimi, bizi də qürurlandırdı. Prezidentin çıxışını dinləmək çox xoş idi. Sevincimizin həddi-hüdudu yoxdur.

Bu fikirləri Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak edən Bayburt vilayətinin sakini Çengiz Babaoğlu AZƏRTAC-a müsahibəsində bildirib.

“Can Azərbaycana canımız fəda. Prezident İlham Əliyevlə fəxr edirik. Qarabağ Zəfərini bizlərə, Azərbaycan və Türkiyəyə yaşadan şəhid və qazilərinizin qarşısında baş əyir, dəyərli Ali Baş Komandana sonsuz minnətdarlığımızı çatdırırıq”, - deyən Çengiz Babaoğlu Azərbaycan prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlığından, ortaq tarixi qərarlarından məmnunluğunu ifadə edib.

O, əminliklə bildirib ki, Rize-Artvin Hava Limanı bölgədə böyük canlanma yaradacaq və hər dəfə təyyarələrin səsi eşidiləndə Azərbaycan-Türkiyə qardaşlığının təntənəsini xatırladacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Rize

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.