DÜNYA
Çernobıl AES üçün işlənmiş nüvə yanacağı ilə sınaqların keçirilməsinə xüsusi icazə alınıb
Kiyev, 9 sentyabr, AZƏRTAC
Çernobıl AES üçün işlənmiş nüvə yanacağı ilə “isti” sınaqların keçirilməsinə xüsusi icazə alıb.
AZƏRTAC bunu AES-in mətbuat xidmətinə istinadla xəbər verir.
23 il ərzində 21 min nüvə tullantı elementinin yığıldığı bildirilir. Bu tullantıların saxlandığı anbarın istismar müddəti artıq başa çatdığına görə nüvə tullantılarının elementləri yenisinə daşınacaq. Əvvəlcə onların yalnız bir hissəsi, uğurlu sınaqlardan sonra isə qalan hissəsi nəql ediləcək.
"İndi quru anbar olacaq, burada xüsusi texnologiya anbarın təsirsiz bir mühitdə saxlanması üçün imkan verir. Orada vurulmuş helium və 100 il müddətinə yerləşdiriləcək”, – deyə Çernobıl AES-in baş direktoru vəzifəsini icra edən Vladimir Peskov vurğulayıb.
"İsti" sınaqların keçirilməsi üçün icazə istismar olunan yanacaq dəstlərinin simulyatorları ilə "soyuq" sınaqların uğurla həyata keçirilməsindən sonra əldə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev