CƏMİYYƏT


Çernobıl faciəsi unudulmur...

Bakı, 22 aprel, AZƏRTAC

XX əsrin ən dəhşətli texnogen qəzalarından olan Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın 33-cü ildönümü və “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin yaradılmasının 29-cu ildönümü ilə əlaqədar toplantı keçirilib.

AZƏRTAC-ın məlumatına görə, toplantıda bildirilib ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 8 mindən çox soydaşımız sağlamlığını təhlükə qarşısında qoyaraq böyük fədakarlıq göstəriblər. İctimai Birliyin sədri Mirhəsən Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Şahvələd Əliyev və başqaları həmin faciənin nəticələrinin aradan qaldırılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər.

Çernobıl əlillərinin tibbi, sosial və mənzil-məişət problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. İndiyədək 300-dən çox Çernobıl əlili mənzil və avtomobillə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.