SİYASƏT


Çernobıl fəlakətinin 35-ci ildönümü münasibətilə Kiyevdə anım tədbiri keçirilib VİDEO

Kiyev, 26 aprel, AZƏRTAC

Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Çernobıl qurbanlarının xatirəsinə ucaldılan abidə önündə keçirilən mərasimdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, səfirliyin diplomatları, hərbi attaşe aparatının rəhbəri İlqar Ağayev, Çernobıl qəzasının iştirakçısı, soydaşımız Şeyx Şakir Yəhyayev iştirak ediblər, səfirliyin adından Çenobıl fəlakəti qurbanlarının xatirəsinə ucaldılan abidə önünə əklil qoyulub.

Dövlət rəsmilərinin, Çernobıl fəlakəti iştirakçılarının iştirakı ilə keçirilən tədbir Ukraynanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, fəlakət qurbanlarının xatirəsinə yaylım atəşi açılıb. Daha sonra tədbir Çernobıl fəlakətinə aid bədii kompozisiya ilə davam etdirilib.

Anım tədbiri bitdikdən sonra səfir Elmira Axundova Çernobıl fəlakətinin bir qrup iştirakçısı ilə görüşüb. Görüşdə qeyd edilib ki, hər il olduğu kimi, bu ildə Azərbaycanın Ukraynadakı səfirliyi Çernobıl qəzası iştirakçılarına yardım göstərib.

Səfir vurğulayıb ki, Azərbaycanda Çernobıl qəzası iştirakçılarına, əlillərinə böyük dövlət qayğısı var. Çernobıl əlilləri yüksək müavinətlə təmin olunublar, onlara mənzil və avtomobillər təqdim edilir.

Xatırladaq ki, Çernobıl qurbanlarının xatirəsinə ucaldılan abidənin yanında Azərbaycanın dövlət bayrağı dalğalanır və qəza qurbanlarının xatirəsinə lövhə var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.