REGİONLAR
Çətənə bitkiləri yetişdirən Lənkəran sakini saxlanılıb
Lənkəran, 14 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adı ilə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Xolmili kənd sakini M.Fərziyev saxlanılıb.
Onun həmin kənddəki nəzarətsiz ərazidə kolluqların arasında kultivasiya yolu ilə yetişdirdiyi 47 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.