CƏMİYYƏT


Çətənə bitkisi yetişdirən Yevlax sakini tutulub

Bakı, 23 may, AZƏRTAC 

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Yuxarı Qarxun kənd sakini Elməddin Uğuruyevin Duzdağ kəndində yerləşən açıq sahədə aqrotexniki qaydada yetişdirdiyi 10-12 santimetr uzunluqda 19 ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanaraq götürülüb.

Götürülmüş çətənə kolları maddi sübut kimi ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.