REGİONLAR
Çətənə kolları becərən Xızı sakini saxlanılıb VİDEO
Xızı, 30 iyul, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bəyəhmədyurd kənd sakini, 28 yaşlı Famil Baxışov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 34 kiloqram təşkil edən 51 ədəd çətənə kolu aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.
Dindirilmə zamanı F.Baxışov çətənə kollarını aprel ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]