Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çətin dağ relyefinə malik olan Kəlbəcərin bir güllə atmadan, şəhid vermədən azad edilməsi çox böyük uğurdur

Çətin dağ relyefinə malik olan Kəlbəcərin bir güllə atmadan, şəhid vermədən azad edilməsi çox böyük uğurdur

Bakı, 25 noyabr, AZƏRTAC

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu tarix yazır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bir-birinin ardınca ərazilərimizi işğaldan azad etdi. Hər birimiz Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizin, yaşayış məntəqələrimizin adlarını elan etməsini səbirsizliklə gözləyirdik. Dövlət başçısının xalqa hər müraciəti həm bizim üçün, həm də dünya ictimaiyyəti üçün çox maraqlı idi. Azərbaycan xalqı qələbə əhval-ruhiyyəsindədir. Hamımız sevinc içindəyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov bildirib.

Deputat deyib ki, 44 gün davam edən Vətən müharibəsinin gedişində artıq Ermənistan anladı ki, güclü və rəşadətli Azərbaycan Ordusunun qarşısında duruş gətirmək qabiliyyətində deyil. Azərbaycan Prezidenti hər dəfə çıxışında silahı yerə qoyub, təslim olmağı təklif etsə də, qarşı tərəf bununla razılaşmırdı. Amma Müzəffər Ali Baş Komandan və onun rəhbərliyi altında Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşən əsgərlərimiz, zabitlərimiz düşməni diz çökməyə məcbur etdilər. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə üçtərəfli Bəyanat imzalandı və Ermənistan təslim oldu.

A.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş, Azərbaycan isə zəfər çalmış ölkədir. Azərbaycan 30 illik təcavüzə və işğala son qoyaraq Vətən müharibəsi ilə öz sözünü dedi və qalib dövlət və xalq olaraq dünyada qəbul edildi. “Azərbaycan Ordusu həm düşmənə, həm də dünya dövlətlərinə sübut etdi ki, dünyada ən güclü və müasir ordular sırasındadır. Çünki bizim ordumuz müasir texnologiya və müasir silahlarla, peşəkar kadrlarla təmin olunub.

Birgə Bəyanatın əhəmiyyətindən danışan deputat qeyd edib ki, Azərbaycan Ordusu və Azərbaycan xalqı hərb tarixində öz sözünü deyərək qələbəsinə nail oldu. İkinci tərəfdən, Ağdam, Kəlbəcər və Laçın rayonları müharibə aparılmadan və qan tökülmədən bizə qaytarıldı. Noyabrın 20-də Ağdamın, noyabrın 25-də isə çətin relyefi olan Kəlbəcərin işğaldan azad edilməsi zəfərimizin davamıdır. Həmin ərazilərin işğaldan azad edilməsini məhz Ali Baş Komandanın öz dilindən eşitmək qürur verir və bizi gələcəyə ruhlandırır. İşğal altında olan Laçın rayonu da tezliklə öz azadlığına qovuşacaq və doğma sakinlərinə qucaq açacaq”.

Aqil Məmmədov bir kəlbəcərli kimi həddindən çox sevindiyini dilə gətirib: “Kəlbəcər Azərbaycanın ərazisinə görə ən böyük və ən yüksək dağ rayonudur. Relyefi çox çətin olan bu ərazinin çox hissəsi meşəlikdir. Belə bir ərazinin güllə atmadan, şəhid vermədən azad olunması çox böyük uğurdur. Sonrakı mərhələdə ərazinin minalardan təmizlənməsi, təhlükəsizlik tədbirlərinin görülməsi işləri aparılacaq. Bütün bu işlər başa çatdırıldıqdan sonra aidiyyəti qurumlar Prezident İlham Əliyevin tapşırığı əsasında müvafiq infrastruktur işlərini yerinə yetirəcəklər. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Füzuli və Ağdam rayonlarına səfərləri zamanı müəyyən işlərin əsası qoyuldu. Artıq Füzuli-Şuşa yolunun çəkilişinə başlanılıb. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun çəkilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bu, artıq azad edilmiş rayonlarımızda infrastruktur işlərinin başlanması deməkdir.

Əminik ki, işğaldan azad edilmiş bütün rayonlarımızda tikinti-abadlıq işləri yüksək səviyyədə davam etdiriləcək, Azərbaycanın hər bir guşəsi abad olacaqdır. 30 il həsrətində olduğumuz yaşayış məntəqələrimizdə həyat yenidən canlanacaq, insanlar firavan yaşayacaqlar”.

A.Məmmədov təəssüfləndiyini bildirərək deyib ki, Ermənistanın uzun müddət işğal altında saxladığı torpaqlarımızda törətdiyi vandalizm aktları bizə aid olan tarixi və dini abidələrin məhv edilməsinə gətirib çıxarıb. Düşmən ölkəmizə vurduğu milyardlarla zərərə görə beynəlxalq qanun qarşısında cavab verməli, təzminat ödəməlidir. Hesab edirəm ki, vaxtında, zamanında beynəlxalq məhkəmələr vasitəsilə biz həmin təzminatı onlara ödədəcəyik. Tariximizi məhv etmək istəyən düşmənə güzəştə getmək olmaz. Onlar hərb meydanında cəzalarını aldıqları kimi, dağıtdıqları, məhv elədiklərinə görə cavab verməli olacaqlar.

“Bizə bu gözəl günləri, böyük Qələbənin sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz dövlət başçısının müdrik və uzaqgörən siyasətinin, qətiyyətinin sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək öz tarixinin şanlı səhifəsini yazdı”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert