Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Çex Respublikasının Prezidenti Miloş Zemandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım. Çox məmnunam ki, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir.

Zati-aliləri, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyirəm.

 

Miloş Zeman

Çex Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin