RƏSMİ SƏNƏDLƏR


Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2021-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin