RƏSMİ XRONİKA
Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Vatslav Klausa
Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Bu gün Azərbaycan-Çexiya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Qarşılıqlı səfərlərimiz, dövlətlərarası münasibətlərimizin müxtəlif sahələrinə dair imzalanan sənədlər əməkdaşlığımızın genişlənməsi üçün əlverişli zəmin yaratmışdır.
Əminəm ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il.