DÜNYA
Çexiya ABŞ-ı verginin yeni növü ilə şoka salır
Praqa, 27 yanvar, AZƏRTAC
Çexiya Parlamentinin Yuxarı Palatası hökumətin ölkədə tezliklə “rəqəmsal vergi” adlandırılan verginin tətbiq edilməsi barədə qərarını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu vergi dövriyyəsi 19 milyard kron (750 milyon avro), Çexiya ərazisində illik qazancı 100 milyon krona (4 milyon avro) bərabər olan iri internet-şirkətlərin gəlirlərindən ölkə xəzinəsinə əlavə pul köçürmələrini nəzərdə tutur.
Yeni qanunun “qurban”ları Amerikanın “Google”, “Facebook”, “Amazon” və “Apple” şirkətləri ola bilər.
Bildirilir ki, Amerika Birləşmiş Ştatlarının Çexiyadakı səfiri artıq Çexiya XİN-in başçısı Tomaş Petrşiçekə ölkəsinin narazılığını çatdırıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]