DÜNYA


Çexiya Çexoslovakiyanın yaranmasının 100 illiyini qeyd edir

Praqa, 29 oktyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Çexiyanın bir çox şəhərlərində Çexoslovakiyanın müstəqilliyinin 100 illiyinə həsir olunmuş təntənəli tədbirlər keçirilir.

Libereç şəhərində bayram münasibətilə çex xalqının milli rəmzi sayılan çökə ağacı təntənəli şəkildə əkilib.

Loun şəhərində isə Çexoslovakiyanın ilk Prezidenti T.Q.Masarikin yeni abidəsi açılıb. Praqanın Deyvic dəmiryol vağzalına gələn ziyarətçilər isə Çexoslovakiya legionerlərini vətəndaş müharibəsi illərində Rusiyaya aparan vaqonun maketi ilə tanış ola bilərlər. Ekspozisiya noyabrın 18-dək açıq olacaq. Ölkə Senatında keçirilən “açıq qapı” günlərində parlamentin yuxarı palatasının iqamətgahının yerləşdiyi Vallenşteyn sarayına ekskursiya təşkil olunub.

Çexiya radiosunun Staromest meydanında pop-musiqi ulduzlarının iştirakı ilə təşkil etdiyi konsertdə Çexiya və Çexoslovakiyanın ötən yüz ildə ən populyar mahnıları ifa olunub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.