DÜNYA


“Çexiya İsveçrəsi”ndə yanğın ram edilib

Praqa, 2 avqust, AZƏRTAC

“Çexiya İsveçrəsi”ndə meşə yanğını nəzarət altına alınıb.

AZƏRTAC xəbər verir ki, Çexiya milli fövqəladə hallar idarəsinin qüvvələri yanğının yayılma ərazisini 1000 hektardan 600 hektara endirməyə nail olublar. Yanğının tamamilə söndürülməsinə yönəlmiş səylər yaxın günlərdə başa çatdırıla bilər.

Bildirilir ki, yanğının daha da yayılmasına yol verməmək üçün yağınsöndürənlər bütün gecə boyu əraziyə nəzarət ediblər. Bəzi zonaların sakinləri artıq öz evlərinə qayıda bilərlər.

56 nəfər yanğınsöndürənin zərər çəkməsi bildirilir. Onların hamısına hadisə yerində yardım göstərilib, iki nəfər xəstəxanaya düşüb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.