DÜNYA


Çexiya Prezidenti aliment verməyən əlili əfv edib

Praqa, 23 oktyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Çexiya Prezidenti Miloş Zeman alimenti ödəmədiyi səbəbindən bir il müddətinə azadlıqdan məhrum edilmiş hər iki ayağını itirən vətəndaşın əfvi barədə əmr imzalayıb. Eyni zamanda, dövlət başçısı göstərilən maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə həmin şəxs barədə təkrar cinayət işini dayandırıb. Prezidentin mətbuat katibi İrji Ovçaçek qeyd edib ki, ölkə başçısı öz qərarı ilə “aliment ödəməyənlərə haqq qazandırmır”.

Bu əfv Miloş Zeman tərəfindən prezident postunda imzalanan 11-ci oxşar sənəddir. 2013-cü ildə siyasətçi bəyan etmişdi ki, o, əfvetmə hüququndan yalnız humanistlik mülahizələri baxımından istisna hallarda istifadə edəcək.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.