İDMAN


Çexiya açıq şahmat turnirində iki azərbaycanlı yarışır

Bakı, 12 yanvar, AZƏRTAC

Bu gün Çexiyada şahmat üzrə “Praqa open 2018” beynəlxalq turniri start götürür. “A” turnirində 35 ölkədən 239 şahmatçı, o cümlədən on beş qrossmeyster iştirak edir.

AZƏRTAC xəbər verir ki, turnirin iştirakçıları arasında ən yüksək reytinqə rusiyalı Petr Kiryakov (2528), islandiyalı Xannes Stefansson (2523) və ispaniyalı Manuel Qomez Pena (2491) malikdirlər. Azərbaycanın idman şərəfini beynəlxalq usta Bəhruz Rzayev (2390) və FİDE ustası Kənan Qarayev (2260) qoruyacaqlar.

Beynəlxalq turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.