DÜNYA


Çexiya da “Boeing 737 MAX 8” təyyarələrinin uçuşuna qadağa qoyur

Praqa, 14 mart, AZƏRTAC

Çexiyanın “Smartwings” aviaşirkəti ona məxsus olan “Boeing 737 MAX 8” tipli 7 təyyarənin istismarının müvəqqəti dayandırıldığını elan edib. Bu, martın 10-da Efiopiyada sözügedən təyyarə tipinin qəzaya uğramasından sonra baş verib.

AZƏRTAC xəbər verir ki, məhdudiyyətlər “Smartwings” şirkətinin sərəncamında olan digər 40 laynerə şamil edilməyəcək, lakin reyslərdə müvəqqəti ləngimələr istisna olunmur.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.