DÜNYA


Çexiya əhalisinin dörddə üçü koronavirus əleyhinə ən azı bir peyvənd vurdurub

Praqa, 4 dekabr, AZƏRTAC

Aparılan tədqiqatın nəticələrinə əsasən, Çexiya sakinlərinin təqribən 43 faizi koronavirusu törədən mikroba qarşı məcburi vaksinasiyaya tərəfdardır. Elə həmin sayda sakin də hər hansı məcburi tədbirlərin tətbiq edilməsinə qarşı çıxış edir.

AZƏRTAC xəbər verir ki, Çexiyanın Səhiyyə Nazirliyinin sifarişi ilə aparılan və bu gün yekunları açıqlanan tədqiqata müvafiq olaraq, çexlərin 19 faizi peyvəndlənmədən qəti şəkildə imtina edir. Vaksinləmədən imtina edənlər əsasən aşağı gəlirə sahib, orta təhsili olmayan insanlar, həmçinin 18-30 yaş qrupuna aid olanlardır.

İki dəfə peyvənd olunanlar arasında “buster” doza adlandırılan üçüncü dozanı vurdurmaq arzusunda olanlar var. Hazırda çexlərin 75 faizi ən azı bir dəfə peyvənd olunub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.