CƏMİYYƏT
Çexiya məktəblilərinə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məlumat verilib
Praqa, 16 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin dəstəyi ilə bu ölkənin Ruda nad Moravou şəhərində yerləşən orta məktəbin 7-ci və 8-ci sinif şagirdləri üçün Azərbaycana həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Tələbə Təşkilatının sədri Eldar Vəliyev şagirdlərə Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi və mətbəxi haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda ölkəmizlə bağlı kitab və jurnallar şagirdlərə paylanılıb və Azərbaycan mətbəxinin nümunələri şagirdlərə təqdim olunub. Tədbir şagirdlərin və müəllimlərin böyük marağına səbəb olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa