REGİONLAR


Çexiya nümayəndə heyətinin rəhbəri: Azərbaycanın, o cümlədən İsmayıllının inkişafı bir dost kimi bizi də sevindirir

İsmayıllı, 6 noyabr, AZƏRTAC

Cənubi Çexiya Regionu ilə İsmayıllı rayonu arasında bağlanmış əməkdaşlıq xartiyası çərçivəsində 11 nəfərdən ibarət Çexiya nümayəndə heyəti İsmayıllıya səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə Lahıc qəsəbəsinə gedib, bu qədim yaşayış məkanının zəngin tarixi, keçmişi və yeniliklərlə dolu müasirliyi ilə tanış olublar.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla keçirilən görüşdə qonaqlara İsmayıllının sosial-iqtisadi inkişafı barədə məlumat verilib. Bildirilib ki, rayonda kənd təsərrüfatı ilə yanaşı, sənaye də inkişaf edir. Xalçaçılıq və tikinti materialları istehsalı sənayedə əsas gəlir gətirən sahəyə çevrilib. İsmayıllının büdcəsi artıq üçüncü ildir ki, özünümaliyyələşdirmə əsasında formalaşır. Qeyd edilib ki, İsmayıllıda müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələri mehriban ailə kimi yaşayır.

Görüşdə nümayəndə heyətinin rəhbəri Çexiya Respublikasının senatoru, Cənubi Çexiya Qluboko Na Vitavu şəhərinin meri Tomaş Jirsa Azərbaycandakı inkişafdan danışaraq deyib: “Azərbaycanın, o cümlədən İsmayıllının inkişafını görməkdən çox məmnunam. Bakıda ilk dəfə 1990-cı ildə olmuşam. Lakin bugünkü Bakı ilə o vaxtkı şəhəri müqayisə etmək belə mümkün deyil, inkişaf, dəyişiklik göz qabağındadır. Bu, bizi bir dost kimi sevindirir. Arzu edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi də tezliklə həll olunsun”.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzinə və Mədəniyyət Mərkəzinə gediblər. Burada onlara hər iki mərkəz barədə ətraflı məlumat verilib. İvanovka və Lahıc folklor qruplarının çıxışları, mədəniyyət mərkəzinin konsert proqramı maraqla qarşılanıb.

Çex Respublikasının nümayəndə heyəti “Azərxalça”nın İsmayıllı filialında da olub.

Qonaqlar “Qala divarları” önündə salınan bağda ağac əkiblər.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev adına parkda, Yapon bağında, “Aznar” MMC-də və İvanovka kəndində də olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.