DÜNYA


Çexiya ordusu terror aktının təşkilatçılarının axtarışına başlayıb

Praqa, 12 avqust, AZƏRTAC

Çexiya ordusu Əfqanıstanda intiharçının törətdiyi terror aktının təşkilatçılarını tapmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, terror aktı nəticəsində Baqram hərbi bazası yaxınlığında patrul xidmətində olan Çexiyanın üç hərbi qulluqçusu həlak olub, iki əfqan və bir amerikalı ağır yaralanıb.

Çexiyanın NATO üzrə tərəfdaşları da axtarışlara qoşulacaq. Bu barədə jurnalistlərə məlumat verən Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleş Opata deyib ki, ordu bu məqsəd üçün ilk növbədə artıq Əfqanıstanda xidmətdə olan əsgərlərdən istifadə etmək istəyir. Hazırda Çexiya hərbçilərindən heç biri Əfqanıstandan vətənə vaxtından əvvəl dönmək istədiyini bildirməyib.

A.Opata bildirib ki, axtarışlar həm analitiklərdən, həm də kəşfiyyat xidmətləri tərəfindən böyük səylər tələb edəcək.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.