SİYASƏT


Çexiya parlamenti Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Bakı, 15 may, AZƏRTAC

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Çexiya parlamenti Deputatlar Palatasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.

Jurnalistlərə müsahibəsində Radek Vondraçek Azərbaycana səfərdən məmnunluğunu bildirib. O, ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu deyib.

Deputatlar Palatasının sədri Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf səviyyəsini yüksək qiymətləndirdiklərini söyləyib. O, Azərbaycana iş adamlarından ibarət nümayəndə heyəti ilə gəldiyini qeyd edib. Səfər çərçivəsində bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdıran Radek Vondraçek əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.