SİYASƏT


Çexiya səfiri: Azərbaycan gələcəyə inamla baxır

Bakı, 13 fevral, AZƏRTAC

Çexiya-Azərbaycan qarşılıqlı münasibətlərində 2018-ci ili cəsarətlə yeni dinamika ili adlandırmaq olar. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirməyə və yeni birgə layihələrin axtarışına zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert 2018-ci ilin yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş mətbuat konfransında bəyan edib.

Diplomat deyib: ”Azərbaycan iqtisadiyyatının bütün göstəricilərinə görə belə mühakimə yürütmək olar ki, neftin qiymətlərinin düşməsinin səbəb olduğu çətinliklər müvəffəqiyyətlə aradan qaldırılıb, islahatlar tamamilə özünü doğruldub və Azərbaycan gələcəyə inamla baxır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.