İQTİSADİYYAT


Çexiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 1,1 milyard avro olub

Bakı, 13 fevral, AZƏRTAC 

2018-ci ilin məlumatına görə, Çexiya Azərbaycan üçün beşinci ən mühüm ticarət tərəfdaşı və doqquzuncu ən iri xarici investordur. Hər il Səngəçal terminalından Çexiyanın Kralupa Vltava şəhərinə iki milyon tondan çox neft göndərilir. Mübaliğəsiz demək olar ki, Çexiya maşınlarının üçdəbir hissəsi Xəzər neftindən istehsal olunmuş yanacaqla hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert 2018-ci ilin yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Diplomat vurğulayıb ki, Çexiyadan Azərbaycana maşınqayırma məhsulları, avtomobillər və elektronika gətirilir. Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın ötən ilin sentyabrında ilk xarici səfəri üçün məhz Bakını seçməsi qarşılıqlı əməkdaşlığa xüsusi diqqət yetirildiyini əyani nümayiş etdirir.

Səfir deyib: “Çexiya Statistika Bürosunun məlumatlarına görə, 2018-ci ildə ticarət dövriyyəsinin xeyli artması (2017-ci illə müqayisədə 12 faiz) və 1,1 milyard avroya çatması müşahidə olunub. Özü də Azərbaycandan Çexiyaya ixracat 15 faiz artaraq 1 milyard avro olub”.

Milan Ekert vurğulayıb ki, Azərbaycan bazarına çıxmaq üçün Çexiya şirkətlərinin cəlb edilməsi Çexiya səfirliyinin prioritet vəzifələrindən biridir. Çexiya şirkətlərinin Azərbaycanda yetərincə böyük iş təcrübəsi var. Onların çoxu Azərbaycandan olan tərəfdaşlarla birgə istehsal imkanını nəzərdən keçirməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.