DÜNYA
Çexiya xəstəxanasında insanlara atəş açan şəxs intihar edib
Bakı, 10 dekabr, AZƏRTAC
Çexiyanın şimal-şərqində yerləşən Ostrava şəhər xəstəxanasında insanlara atəş açan şəxs intihar edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şübhəli şəxs polis tərəfindən saxlanılan zaman özünü güllə ilə vurub. Hazırda onun şəxsiyyətinin müəyyən olunması üzrə iş aparılır.
Xatırladaq ki, hadisə səhər saatlarında şəhər xəstəxanasında baş verib. Açılan atəş nəticəsində altı nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Çexiyanın Baş Naziri Andrey Babiş, Birinci vitse-prezident və Daxili İşlər naziri Yan Qamaçek və Səhiyyə naziri Adam Voyteh faciənin baş verdiyi xəstəxanaya gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]