İDMAN
Çexiya yığmasının Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirə qatılacaq Çexiya komandasının heyəti açıqlanıb. Belə ki, kişilərin yarışında David Pulkrabek (60 kq), David Klammert və Jiri Petr (hər ikisi 90 kq) komandada yer alıblar. Qadınlar arasında isə Vera Zemanova (57 kq), Renata Zaxova (63 kq) və Marketa Paulusova (+78 kq) mübarizə aparacaqlar.
Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.
Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]