QAN YADDAŞI


Çexiyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 23 yanvar, AZƏRTAC

Çexiyanın Brno şəhərindəki Masarik Universitetinin pedaqoji fakültəsində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Masarik Universitetinin professoru Azər Kərimov çıxış edərək 1990-cı ildə baş verən hadisələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycanda silahsız əhaliyə qarşı amansız qırğın törədilib. Nəticədə 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə insan itkin düşüb. Tarixə qara hərflərlə yazılan 20 Yanvar hadisələri zamanı ölkəsinin müstəqilliyi uğrunda canını fəda etmiş insanların xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman əziz tutulur.

Dəfələrlə Azərbaycanda olmuş, ölkəmizi yaxından tanıyan tarixçi alim Frantisek Capka, professor İvan Meznik, Tomas Cermak və başqaları tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən danışıb, Azərbaycan xalqının şücaətindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.