DÜNYA


Çexiyada Kraysçörç məscidində qətliama bəraət qazandıran sosial şəbəkə istifadəçisinə qarşı ittiham sürülüb

Praqa, 20 may, AZƏRTAC

Çexiyada Yeni Zelandiyanın Kraysçörç şəhəri məscidində ibadət edənlərin kütləvi qətlə yetirilməsinə öz şərhlərində bəraət qazandıran sosial şəbəkə istifadəçisinə qarşı ittiham irəli sürülüb. AZƏRTAC xəbər verir ki, Çexiyanın “irozhlas.cz” nəşrinin yazdığına görə, prokuror Martin Bilı bu informasiyanı təsdiq edib. Tutulan şəxsi 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluqdan bildiriblər ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən ümumən 30 oxşar fakt araşdırılır.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.