QAN YADDAŞI


Çexiyada Xocalı və Liditse faciəsi qurbanlarının xatirəsi anılıb

Praqa, 16 iyun, AZƏRTAC

Bu günlərdə Çexiyanın Liditse kəndi kədərli bir hadisənin - Liditse sakinlərinin nasistlər tərəfindən öldürülməsinin 77-ci ildönümünü qeyd edir.

AZƏRTAC xəbər verir ki, Liditse kəndi Çexiyanın paytaxtı Praqa ilə Kladno şəhəri arasında yerləşir.

1942-ci il iyunun 4-də “yəhudi məsələsini qəti həll etmək” təşəbbüsünün müəlliflərindən biri, Bohemiya və Moraviyada imperiya protektoru vəzifəsini icra edən Reynhard Qeydrixə Çexoslovakiya partizanları tərəfindən uğurlu sui-qəsddən sonra nasistlər kənd sakinlərinə qarşı cəza əməliyyatı keçirdilər. İyunun 10-da bütün sakinlər küçəyə qovuldu, onların evləri yandırıldı, yerli qəbiristanlıq dağıdıldı. 500 sakindən 340-ı, kişilərin isə demək olar ki, hamısı edam edildi. Qadınları həbs düşərgələrinə qovdular, uşaqları isə alman ailələrinə verdilər.

Müharibədən sonra Liditse bərpa edildi.

2010-cu il mayın 9-da Azərbaycanın Xocalı şəhəri ilə Liditse qardaşlaşıblar.

Anım günündə yüzlərlə çex və azərbaycanlı nasistlərin bu cinayətinin qurbanlarına ucaldılmış abidənin önünə toplaşmışdı. Onlar həm hitlerçilər tərəfindən Liditsedə öldürülmüş çexlərin, həm də erməni başkəsənlər tərəfindən Xocalıda qətlə yetirilmiş azərbaycanlı uşaqların, qadınların və qocaların xatirəsini hörmətlə yad etdilər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.