DÜNYA


Çexiyada dizel yanacağı benzindən bahadır

Praqa, 6 noyabr, AZƏRTAC

Çexiyada benzinin və dizel yanacağının arasında hələ ki, əhəmiyyətli qiymət fərqi yoxdur. Bu fərq cəmi 3 heller, yəni 1 krondan aşağı səviyyədədir. Bununla yanaşı, mütəxəssislərin proqnozlarına görə, bu tendensiya bütün qış ərzində saxlanılacaq.

“Finlord” şirkətinin analitiki Boris Tomçiakın fikrincə, bunun başlıca səbəbi soyuqların düşməsi ilə bağlıdır. Bu zaman istilik məqsədləri üçün mazuta tələbat artır ki, bu da dizel yanacağının istehlakını artırır.

AZƏRTAC xəbər verir ki, Çexiyada daha çox yayılan “Natural 95” benzininin orta statistik qiyməti hazırda 33,74 kron (1,3496 avro) təşkil edir. Dizel yanacağı isə 33,77 krona (1,3508 avro) başa gəlir.

“Dizel yanacağının benzinlə müqayisədə nə qədər baha qalacağı daha çox dünya bazarlarında neftin qiymətindən asılı olacaq. Qiymətlər arasındakı fərq 2 krona da çata bilər. Bu, az deyil”, - deyə “Cyrrus” şirkətinin mütəxəssisi Petr Pelts xəbərdarlıq edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.