İDMAN


Çexiyada gənc cüdoçular arasında Avropa kuboku turniri start götürüb

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı 11 cüdoçudan ibarət komanda təmsil edəcək. Oğlanların yarışında Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadın cüdoçulardan isə Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) birincilik uğrunda yarışacaqlar.

Turnirə iyulun 18-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.