DÜNYA


Çexiyada hökumət strukturu müsəlmanları potensial “terrorçu” kimi təqdim edib

Praqa, 6 dekabr, AZƏRTAC

Çexiyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Mərkəzinin yaydığı qalmaqallı bəyanatda bildirilir: “İslam dininə etiqad edən insanların ölkəyə nəzarətsiz girişi terror təhdidi baxımından təhlükəlidir”.

AZƏRTAC xəbər verir ki, bu Mərkəzin iddia etdiyinə görə, firmalar tez-tez öz müştərilərinin xəstəni müşayiət etmək və ya kurort müalicəsi almaq bəhanəsi ilə ölkəyə girişinə nail olur, bundan sonra isə mənşəyi məlum olmayan pul vəsaitlərini xərcləməyə başlayırlar.

Mərkəzin məlumatına görə, çex polisi hələ açıq şəkildə “İslam terroru” ilə qarşılaşmayıb, lakin hüquq-mühafizə orqanları ölkədəki bütün müsəlman təşkilatlarının, o cümlədən ayrı-ayrı radikal düşüncəli insanların və qrupların fəaliyyətinə nəzarət etməlidir.

Mərkəzin dərc etdiyi hesabat hüquq müdafiəçilərinin kəskin etirazına səbəb olub. Onlar bu sənədi qismən irqçi və islamofob adlandırıblar.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.