DÜNYA


Çexiyada keçirilən prezident seçkilərində Petr Pavel qalib gəlib

Çexiyada keçirilən prezident seçkilərində Petr Pavel qalib gəlib

Bakı, 28 yanvar, AZƏRTAC

Çexiyada keçirilən prezident seçkilərində istefada olan general, NATO-nun hərbi komitəsinin sabiq sədri Petr Pavel qələbə qazanıb.

AZƏRTAC Çexiya televiziyasına istinadla xəbər verir ki, sabiq Baş nazir Andrey Babiş rəqibi Petr Pavelə çatacaq qədər səs toplaya bilməyəcək. Çexiyanın Baş naziri Petr Fiala mətbuat konfransında Petr Pavelin qalib gəldiyini təsdiqləyib və ölkənin dördüncü prezidenti seçilməsi münasibətilə onu təbrik edib.

Çexiya Statistika Komitəsinin məlumatına görə, Petr Pavel prezident seçkilərinin ikinci turunda səslərin 95,5 faizi sayıldıqdan sonra 57,59 faiz səs toplayıb. Onun rəqibi Andrey Babiş isə seçicilərin yalnız 42,4 faizinin dəstəyini qazanıb. Seçkilərdə fəallıq 70,17 faiz təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.