DÜNYA


Çexiyada lokdaun olmayacaq, amma məhdudiyyətlər mümkündür

Praqa, 29 noyabr, AZƏRTAC

Ölkədə epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə Çexiya hökumətinin bəzi məhdudiyyətlər tətbiq edəcəyi istisna olunmur, lakin ölkənin tam lokdaun vəziyyətində olmasından söhbət getmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çexiya Nazirlər Kabinetinin mətbuat üçün yaydığı məlumatda deyilir. İzah olunur ki, məhdudiyyətlər, ilk növbədə, insanların böyük qruplar şəklində toplanması qaydasına aid edilə bilər.

Ölkənin siyasi partiyaları, o cümlədən müxalifət lokdauna qarşı çıxış ediblər. Onların əksəriyyəti əhalinin kompleks şəkildə testdən keçirilməsi, xəstəliyə yoluxan şəxslərin təmaslarının izlənilməsi sisteminin təkmilləşdirilməsi, çağrı mərkəzlərinə əlavə işçi qüvvəsinin cəlb edilməsi, xəstəxanaların və klinikaların həddən artıq yüklənməməsi məqsədilə pasiyentlərin vaxtlı-vaxtında bölüşdürülməsi məsələlərinə tərəfdar olduqlarını bildiriblər.

Nazirlər Kabineti hesab edirlər ki, böhran vəziyyətinə çatmamaqdan ötrü bütün qaydalara riayət etmək vacibdir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.