DÜNYA


Çexiyada saxta universitetlər aşkar olunub

Praqa, 9 yanvar, AZƏRTAC 

Çexiyada Təhsil Nazirliyindən lisenziyası olmayan xarici ölkə universitetləri və onların filialları fəaliyyət göstərir. AZƏRTAC xəbər verir ki, bu faktları aparılan yoxlamalar zamanı nazirliyin əməkdaşları aşkar ediblər.

Yoxlamaların nəticələrinə görə, akkreditasiya olunmalı olan ixtisasları təqdim etməyən altı universitet barəsində 200 min kron (8 min avro) cərimə cəzası tətbiq edilib. Akkreditə olunmayan ixtisaslar üzrə diplomlar verən iki universitet haqqında isə cinayət işi qaldırılıb.

Bir neçə təhsil müəssisəsinin müvafiq statusu olmadan özlərini “universitet” adlandırması da məlum olub. Nazirlik onların adlarını açıqlamayıb.

Təhsil Nazirliyinin məlumatına görə, Çexiyada qanuni fəaliyyət göstərən 16 xarici ali məktəb və onların filialları var.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.