DÜNYA


Çexiyada üzüm məhsulu bol olub

Praqa, 5 noyabr, AZƏRTAC

Çexiyalı şərabçıların hesablamalarına görə, 2018-ci ildə ölkədə yığılmış üzüm məhsulunun miqdarı son 10 ildə orta göstəricidən 30 faiz çox olub. Bu il yayın quru və isti keçməsi sayəsində üzümün keyfiyyəti rekord dərəcədə yüksəkdir.

AZƏRTAC Çexiya Milli Şərabçılar Palatasına istinadla xəbər verir ki, üzümçülərin əksəriyyəti məhsul yığımını oktyabr ayının son həftəsində başa çatdırıb. Yalnız “samanlı” və “buzlu” şərab hazırlanması üçün nəzərdə tutulan üzüm tam yığılmayıb.

Ekspertlər təzə şərabın dequstasiyasını əsas götürərək bildirirlər ki, 2018-ci ilin şərab məhsulları, xüsusən qırmızı şərablar öz yüksək keyfiyyəti ilə fərqlənəcək.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.