DÜNYA


Çexiyada vergi sistemi

Bakı, 22 may, AZƏRTAC

Çex Respublikasının vergi sistemi digər Avropa ölkələrinin vergi sisteminin bənzəridir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə almaq lazımdır. Bu zaman hüquqi şəxslər yerləşdikləri hüquqi ünvanda, ayrı-ayrı şəxslər isə qeydiyyatda olduqları yer üzrə 15 gündə vergi müfəttişliyində qeydiyyata düşməlidilər.

Hüquqi şəxslər üçün gəlir vergisi hazırda 19 faiz təşkil edir. Əgər şirkət fəaliyyət göstərmirsə, onda həmin müəssisə müfəttişliyə sıfır balansı təqdim edir ki, bunun əsasında o, gəlir vergisi ödəmir.

Çexiyada vergi dövrü təqvim ili hesab olunur. Əgər fiziki şəxsin illik gəliri 15 min kronu ötürsə, o vergi deklarasiyası təqdim edir. Vergi müfəttişliyi qarşısında hər bir ölkə vətəndaşı, o cümlədən bu ölkədə minimum 183 gün və ya fasiləsiz yaşayan əcnəbi vətəndaşlar hesabat verməlidirlər. Xarici mənbələrdən gəlir əldə edən fiziki şəxslər də 15 faiz stavkası ilə vergi ödəməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.