Çexiyada yanacağın qiyməti kəskin şəkildə artıb
AzerTAg.az

Praqa, 28 aprel, AZƏRTAC
Çexiyanın yanacaqdoldurma stansiyaları avtomobil həvəskarlarının əhvalını pozmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Çexiyada benzin və dizel yanacağının qiyməti yenidən artıb. Bu, avtomobil yanacağı bazarında nisbətən sabit keçmiş bir neçə həftədən sonra baş verib. Bu gün 1 litr benzinin qiyməti 42,70 krona (1,83 dollar), dizel yanacağının qiyməti isə 45 krona (1,93 dollar) çatıb. Bu qiymətlər ötən illə müqayisədə müvafiq olaraq, 11 kron və 15 kron yuxarıdır. Paytaxtın yanacaqdoldurma məntəqələrində yanacaq ən baha, Cənubi Moraviyada isə ən ucuz qiymətə satılır.
Qeyd edək ki, rekord qiymət artımı məhz fevralın 24-də - Ukraynada hərbi əməliyyatlar başlanılan gün müşahidə edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Xəbərin mətnində orfoqrafik səhv var