İQTİSADİYYAT


Çexiyada yeni investisiya imkanları müzakirə olunacaq

Çexiyada yeni investisiya imkanları müzakirə olunacaq

Bakı, 13 mart, AZƏRTAC

Martın 22-də Praqada "Caspian Energy Club" və "Caspian Energy Czechia"nın birgə təşkilatçılığı ilə 13-cü Beynəlxalq "Caspian Energy Investment Forum Prague-2023" keçiriləcək. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO beynəlxalq foruma rəsmi dəstək göstərəcək.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, hər il keçirilməsi planlaşdırılan forumun məqsədi maraq göstərilən ölkələrə investisiyaların cəlb edilməsi və biznesin genişləndirilməsidir. Beynəlxalq tədbirdə Xəzər, Qara dəniz və Baltik regionları ölkələrinin dövlət qurumlarının 200-dən çox nümayəndəsi, dövlət və özəl şirkətlərin top-menecerləri iştirak edəcək. Müzakirələr yeni imkanlar və perspektivlər, “yaşıl” enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji innovasiyalar və rəqəmsal inkişaf, eləcə də Çexiyada investisiya imkanları mövzularını əhatə edəcək.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiyada Çexiyanın inkişaf modeli, ikinci sessiyada Avropa ölkələri ilə türk dövlətlərinin işgüzar dairələri arasında əməkdaşlıq məsələsi, üçüncü sessiyada isə iqtisadi islahatların regiona müsbət təsiri və yeni investisiya imkanları müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.