İDMAN


Çexiyalı atıcı: Təşkilatçılar uğur qazanmağımız  üçün mükəmməl şərait yaradıblar

Bakı, 28 iyul, AZƏRTAC

Rəqiblərim çox güclü idi. Qızıl medal qazanmaq üçün bir az dəqiqliyim çatmadı. Ancaq Avropa çempionatının gümüş medalı da mənim üçün böyük uğurdur.

Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının gümüş mükafatçısı, çexiyalı Anna Dedova iyulun 28-də AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan çexiyalı idmançı bildirib: “Bakıda gördüklərim məni heyran etdi. Burada özümə yeni dostlar qazandım. Azərbaycanlılar olduqca səmimi və gülərüzlüdürlər. Yarışda uğurla çıxış etməyimiz üçün təşkilatçılar tərəfindən yaradılan şərait çox mükəmməldir. Bütün bunlara görə, təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda medal qazanmağın sevincini bölüşən Anna Dedova deyib: “Bakıda, Avropa çempionatında medal qazandığım üçün çox sevinirəm. Bu medalı valideynlərimə həsr edirəm. Çünki mənim üzərimdə onların böyük əməyi var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.