İDMAN


Çexiyalı çempionlar: Bakıda qızıl medal qazandığımız üçün xoşbəxtik

Bakı, 26 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC

XV Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmizi layiqincə təmsil etdik. Komanda yarışlarında qızıl medal qazandıq. Çox sevinirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə oğlan cütlüklərin yarışında qızıl medal qazanan Metyu Uilyam Donald və Hynek Barton deyiblər.

İdmançılar qeyd ediblər ki, Bakı festivala çox yaxşı hazırlaşıb.

“Bakıya qızıl medal üçün gəlmişdik. Gərgin oyunlar keçirdik. Məqsədimizə nail olduğumuza görə çox xoşbəxtik. Yarışlar üçün yaradılan şəraitə, yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkür edirik. Artıq bizim üçün Bakının yeri xüsusidir”, - deyə çexiyalı tennisçilər vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.